Şəkərin uşaq yaddaşına mənfi təsirləri aşkarlanıb - ARAŞDIRMA
19.04.2021 11:03

Qərb alimləri tərəfindən aparılan araşdırmada şəkərin uşaqların yaddaşına mənfi təsirləri haqqında bəzi faktlar aşkara çıxıb. Mütəxəssislər laboratoriya siçanları üzərində təcrübə apararaq bu nəticəyə gəliblər. Heyvanlar iki qrupa ayrılıb. Onlardan birinə mütəmadi olaraq şirin içki verilib. Daha sonra beyinin yaddaşa məsul olan hissəsində hipokampus funksiyasının pozulması diaqnozu qoyulub.

 

Aztibb.az xarici KİV-ə istinadən bildirir ki, buna bağırsaqdakı parabakteroid bakteriyalarının sayının artması təsir edib. Onları şəkər istehlak etməyən siçanların bədəninə daxil etdikdən sonra, onlarda da yaddaş pozulması göstəriciləri əmələ gəlib.

 

Alimlər gələcəkdə bağırsaqdan beyinə siqnal işləyən yolların daha yaxşı müəyyənləşdirilməsi üçün araşdırmalara davam etmək niyyətindədirlər.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Bioloji Araşdırmalar İnstitutunun alimləri, insan beyninin sinir hüceyrələrində, onları qocalma və zədələnmədən qoruyan mexanizmlərin mövcud olduğunu tapıblar. Onlar bu yolla DNT kopyalamasında çatışmazlığı kompensasiya edir və bununla da ən uzun ömürlü hüceyrələr hesab edilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib