200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18.04.2021 20:22

İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsi uğrunda yaralanan şəxslər, habelə şəhid ailə üzvləri daim dövlətin qayğısı ilə əhatə olunublar. Onların sağlamlığının bərpası, müalicəsi istiqamətində davamlı olaraq tədbirlər görülür. Bu istiqamətdə dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən də mühüm tədbirlər həyata keçirilməkdədir.

 

Bunu Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva deyib.

 

Onun sözlərinə görə, agentliyin nəzdində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş müraciətlərə əsasən, qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stres pozuntusu, nevrasteniya, gərginlik tipli başağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, travmatoloji, ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub: “Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə, kliniki laborator və instrumental diaqnostik müayinələr təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb. 18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji, travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.

 

Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı, “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Həkim heyətinin tərkibində travmatoloq-ortoped, neyrocərrah, ümumi cərrah və digər ixtisaslı həkimlər döyüşlərdə yaralanmış 155 hərbçini müayinə edib və müvafiq müalicələrə cəlb ediblər".

 

Agentliyin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru vurğulayıb ki, hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilir və lazım olduğu təqdirdə ev şəraitində də müayinələr həyata keçirilir: "Nazirlər Kabinetinin Qərarına əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə komissiya yaradılıb. Qeyd etdiyim kimi, müraciətlərə əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stres pozuntusu, nevrasteniya, gərginlik tipli başağrıları daha üstünlük təşkil etdiyini nəzərə alaraq mart ayının ikinci yarısından etibarən 8 regionda (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Quba, Şəki, Lənkəran Şirvan, Ağdam rayonlarında) yerləşən tibb müəssisələrində psixoloqlar regional fəaliyyətə başlayıb. Davamlı müalicə ehtiyac olduğu təqdirdə isə psixoloqların göndərişi əsasında həkim-psixiatrlar tərəfindən müayinələrə cəlb edilərək təyin olunmuş resept əsasında qeyd edilmiş şəxslərə təmənnasız psixotrop preparatların təchiz edilməsinə başlanılıb. Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır