Azərbaycanlı alimin insulta dair yeni yanaşmanı əhatə edən tədqiqat işi nüfuzlu jurnalda nəşrə qəbul edilib
18.04.2021 17:49

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin insult xəstələrində icra olunan əməliyyatların tətbiqindəki yeniliklə bağlı tədqiqatı Avstraliyanın Neyrocərrahlar və Yeni Zelandiyanın Neyropatologiya Cəmiyyətlərinin rəsmi jurnalı tərəfindən nəşrə qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, böyük elmi-praktik perspektivə malik olan bu elmi iş hələ 2019-cu ildə Almaniya Neyroradiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. N.Abullayev, həmçinin bu işə görə xüsusi təqaüdə layiq görülüb.

 

Bu tədqiqatla sübut edilir ki, beyin insultları zamanı çox nadir rast gəlinən və ümumi işemik insultların toplam olaraq 10%-ni təşkil edən xüsusi qrup xəstələrə tədqiqatda qeyd olunan yeni üsulla neyroradioloji müdaxilə edilərsə, onlarda klinik nəticənin ciddi şəkildə yaxşılaşması müşahidə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır