İmmuno-onkologiyanin müasir vəziyyəti və pespektivlərinə həsr olunmuş elmi-tibbi icmal hazırlanıb
17.02.2022 17:20

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev və Mərkəzin Şüa müalicəsi şöbəsinin rəhbəri, professor İsa İsayev tərəfindən “İmmuno-onkologiya: bioloji əsasları, müasir vəziyyəti, şüa müalicəsi ilə birlikdə istifadə perspektivləri” adlı elmi-tibbi icmal işlənib hazırlanıb.

 

Aztibb.az xəbər verir ki, son illərdə dünyanın aparıcı klinikalarında həyata keçirilmiş elmi araşdır­ma­la­rın nəticələrinə əsaslanan icmal immuno-onkologiyanın müasir ümumi problem­lə­rini və radioterapiyanın göstərilən sahədə istifadəsinin imkanlarını əhatə edir.

 

İm­mu­no-onkologiyanın tədqiqat hədəfi bədxassəli şişlərin irsi onkoloji patolo­giy­a­la­rı da daxil olmaqla etiologiyası, diaqnostikası, proqnozu, hədəf və ya fərdi müali­cə planlarının hazırlanması, eləcə də immun sistemini stimulyasiya etməklə, onun bədxassəli hüceyrələri tanımaq və məhv etmək xüsusiyyətlərini yüksəlt­mək­dir.

 

İcmal kanserogenez sahəsində araşdırmalar həyata keçirən tədqiqatçılar, həmçinin onkoloji xəstəliklərin profilaktika, diaqnostika, müalicəsi ilə məşğul olan mütəxəsisslər üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır