Azərbaycan və Türkiyə alimləri ağciyər xərçəngi ilə mübarizədə eyni zamanda iki hədəfə təsir edən kationik pentapeptidlərin təsir mexanizmini göstəriblər  
28.04.2022 15:48

Xərçəng əleyhinə peptidlər ailəsinə aid olan kationik pentapeptidin (EQRPR) ağciyər xərçəngi ilə mübarizədə çox effektli dərman olmasının mümkünlüyü göstərilib.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində kationik EQRPR pentapeptidin xərçəngə qarşı eyni zamanda iki hədəfə təsir mexanizmi aşkar edilib. Epidermal böyümə faktoru reseptoru (EBFR) tirozin kinaza və qeyri-reseptor proto-onkogen tirozin protein kinaza (Fyn) xərçəng xəstəlikləri ilə mübarizədə mühüm hədəflərdən sayılır. Bu hədəflərdən yalnız birinə təsir edən bir neçə dərmən varr. İn-silico doking metodu ilə göstərilib ki, kationik EQRPR pentapeptidi eyni zamanda hər iki hədəfə təsir edib onu inhibə etmək qabiliyyətinə malikdir. Bu peptidin və D-izomerlərinin hər iki zülalla qarşılıqlı təsir enerjiləri onun geniş istifadə olunan Erlotinib və TAK-285 dərmanlardan daha effektiv olacağına əsas verir. Ağciyər xərçənginin müalicəsində çox zaman ikinci mutasiya EGFR (T790M ) yaranır və bu tətbiq olunan dərmana qarşı rezistivlik göstərir. Molekulyar doking tədqiqatları göstərir ki, kationik EQRPR peptidi ikinci mutasiya (T79M) qarşı da effektli olmalıdır. Bu xərçəng xəstəliklərinin müalicəsi üçün çox mühüm hadisədir.

 

Aparılan experimental təcrübələr molekulyar doking metodundan alınan nəticələri dəstəkləyir. Belə ki, istər Lanqmuir DPPC monotəbəqələrində, istərsə də Furye Çevirici İnfraqırmızı spektroskopiya metodu ilə EQRPR və phospolipidlərin qarşılıqlı təsiri göstərilib.

 

Bundan əlavə, tədqiq olunan pentapeptidlərin farmakoloji xüsusiyyətləri in silico üsulu ilə aşkar edilib. ADME (udma, paylanma, metabolizm, ifrazat) və toksiklik təhlili aparılıb.

 

Tədqiqat işlərinə Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz rəhbərlik edir.

 

Alınan mühüm nəticələr yüksək impakt faktorlu (3.392) “Journal of Biomolecular Structure and Dynamics” beynəlxalq jurnalda çap olunub. (Molecular docking of the pentapeptide derived from rice bran protein as anticancer agent inhibiting both receptor and non-receptor tyrosine kinases). Bu iri həcmli tədqiqatda Biofizika İnstitutunun gənc alimləri Mətanət Baxışova və Ləman Daşdəmirovanın mühüm əməyi olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır