Həkim-reanimatoloq: "COVID-19 xəstələrinə kardiomaqnil və aspirin kardio kimi dərmanların yazılması məsləhət deyil" 
17.04.2021 16:45
COVID-19 xəstələrinə kardiomaqnil, aspirin kardio yazılması məsləhət deyil. Aspirin yalnız əvvəllər başqa bir problemə görə pasiyentə ömürlük yazılıbsa, onun qəbulunu davam etdirmək olar.
 
Aztibb.az xəbər verir ki, həkim-reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, koronavirus infeksiyası onsuz da özü trombositləri aşağı salır. Qanın ümumi analizində də bir çox COVID-19 xəstəsində bunu görmək mümkündür. Aspirin trombositlərə qarşıdır. Trombositin ömrü 1 həftədir. Belə olan halda, aspirin təyin etmək heç bir işə yaramayacaq:
 
"Elə trombozlar var ki, məsələn, işemik insult, miokard infarktı və s. Bu halda aspirin ən vacib dərmandır.
 
COVID-19 koaqulopatiyasında isə trombositin heç bir "günahı" yoxdur. Onu "blok etmək"lə antikoaqulyantların (kleksanın, heparinin) qanaxma yaratması ehtimalı artır. Koronavirus xəstəsində mədə-bağırsaq sisteminə, beyinə və ağciyərə qanaxma yaranır, xəstə daha da ağırlaşır.
 
Aspirinlə yanaşı, oral antikoaqulyantlar da protokollarda yoxdur. COVID-19 koaqulopatiyasında trombotik fəsadların qarşısının alınması üçün yalnız kleksan, ya heparinin digər xırdamolekullu üzvü, ya da heparin özü istifadə edilməlidir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib