Ağır koronavirus xəstələrində bəzən oksigen saturasiyasının qalxmamasının SƏBƏBİ
17.04.2021 15:51
Ağır koronavirus xəstəsini süni tənəffüsə qoşandan sonra oksigen saturasiyası bəzi xəstələrdə nə səbəbdən qalxmır? Axı ağciyərin digər infeksion iltihablarında, ödemlərində oksigenizasiya bu qədər çətinləşmir. COVID-19-un fərqi və özəlliyi nədədir?
 
Aztibb.az xəbər verir ki, həkim-anestezioloq Şahin Məmmədov sosial şəbəkədə bu suallara aydınlıq gətirib.
 
O, bildirib ki, tədqiqatlar COVID-19-un hansısa mexanizmlə ağır xəstələrdə alveol daxilinə hialuron turşusu ifrazını artırdığını sübut edib. Normal hallarda da tənəffüs yollarında bu turşu var, lakin koronavirus xəstəliyi zamanı bu, artır və alveol daxilində suyu özünə birləşdirərək qatı gel əmələ gətirir. Oksigen və qan sərhəddində - alveollarda. Oksigen bu gel alveol vasitəsilə kapilyara keçə bilmir:
 
"Kosmetoloqların istifadə etdiyi dəri fillinqinin tərkibində də hialuron və onun törəmələri var. Bu maddə suyu özünə çəkərək şişmə qabiliyyətinə malikdir.
 
Digər ödem və iltihablarda bu mexanizmlə gel əmələgətirmə olmadığı üçün xəstəni süni tənəffüs aparatına qoşduqda oksigen saturasiyasını qaldırmaq asan olur".
 
Həkim hazırda bu sahədə araşdırmaların aparıldığını, ağır xəstələrin müalicəsində yeni pereparatların yaxın vaxtlarda istifadəyə veriləcəyinin istisna edilmədiyini də söyləyib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib