İltihab əleyhinə preparatların uzunmüddətli qəbulu böyrək zədələnmələrinə səbəb ola bilər
16.04.2021 17:14
Qeyri-steroid iltihab əleyhinə preparatların uzunmüddətli qəbulu analgetik nefropatiyaya səbəb olur.  Bu zaman böyrəklərin tubulointerstisial xarakterli zədələnməsi baş verir. 
 
Aztibb.az xəbər verir ki, bu preparatların yan təsirlərinin səbəb olduğu digər orqanların zədələnmələri (mədədə, beldə və sağ qabırğaaltı nahiyədə ağrılar; zəiflik, başgicəllənmə) fonunda ləng proqressivləşən böyrək çatışmazlığı müşahidə olunur.
 
Analgetik nefropatiyanın nisbətən çox rastlanan ağırlaşmaları bakterial infeksiyaların prosesə qoşulmasıdır; bu zaman ağır hərarət, hematuriya, pielonefrit təzahür edir. Bəzi tədqiqatçılar bu prosesi xəstəliyin sonlanma variantlarından biri hesab edir. Patologiyanın digər uzaq nəticəsi isə böyrək ləyənlərinin keçid hüceyrəli xərçəngidir. Analgetiklərdən sui-istifadə edən insanlarda bu onkoloji xəstəliyin inkişaf riski populyasiyadan 20 dəfə yüksəkdir. Bu preparatların kontrolsuz qəbulu fonunda mədə və onikibarmaq bağırsağın ağır xoralarınin əmələ gəlməsi, onların qanaması mümkündür. Ürək-damar sistemində də zədələnmələr baş verə bilər. Belə ki, ağrıkəsici preparatlar ateroskleroza səbəb ola bilər. Nefropatiya, həmçinin qan təzyiqinin yüksəlməsini təşviq edir. Bu, sonralar infarkt və insultun yaranma riskini artırır.
 
Diaqnostika böyrəklərin laborator və instrumental müayinələrinə (sidiyin analizi, USM, KT) əsaslanır.
 
Müalicə analgetiklərin qəbulunun dayandırılması və simptomatik terapiya ilə aparılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib