Öd kisəsinin polipləri: NÖVLƏRİ və MÜALİCƏSİ
16.04.2021 17:09

Öd kisəsinin polipləri, öd kisəsinin xoşxassəli törəmələridir. Öd kisəsində poliplərin aşkarlanma tezliyi 1-5% dir. Adətən ümumi müayinə və ya ultrasonoqrafiya zamanı təsadüfi olaraq aşkarlanır.

 

Aztibb.az xəbər verir ki, öd kisəsi poliplərinin 5 növünə rast gəlinir:

 

Xolesterol polipləri: Öd kisəsi poliplərinin 60%-ni təşkil edir. Birdən çox və orta hesabla 2-10 mm arasında böyüklükdə olurlar. Öd yolu tıxanması ve ya pankreatit xəstəliyinə səbəb ola bilərlər.

 

Adenomiomlar: Öd kisəsi poliplərinin 25 %-ni təşkil edir və 10-20 mm böyüklükdə olurlar.

 

İltihabi poliplər: Öd kisəsi poliplərinin 10%-ni təşkil edir ve 5-10 mm arasında böyüklükdə olurlar.

 

Öd kisəsi adenomaları: Öd kisəsi poliplərinin 4 %-ni təşkil edir.

 

Öd kisəsi xərçəngi: Öd kisəsi poliplərinin 1%-ni təşkil edir.

 

Bəzən öd kisəsindəki poliplər ultrasonoqrafiyada öd kisəsi daşı və öd kisəsi xərçəngi ilə səhv salına bilər. Öd kisəsi poliplərindən xərçəng əmələ gəlmə riski mövcuddur. Belə ki, 5-6% hallarda xərçəngə çevrilə bilər.

 

Öd kisəsi poliplərinin müalicəsi:

 

Öd kisəsi poliplərinin ölçüsünün 10 mm-dən böyük olması və eləcə də sayının bir neçə ədəd olması cərrahi əməliyyata göstərişdir. Cərrahi əməliyyat olunmadıqda riski nəzərə alaraq, hər 6 aydan bir USM vasitəsi ilə polipin ölçüsü nəzarətdə saxlanılmalıdır.

 

Öd kisəsinin çıxarılması (xolesistektomiya) əməliyyatı laparoskopik (qapalı) və açıq űsulla yerinə yetirilir. Bəzən qarın boşlugunda öncədən keçirilmiş əməliyyatlar və xəstəliklərə bağlı bitişmələr, kəskin iltihabi hallar nəticəsində 1-5% hallarda laparoskopik əməliyyat açıq əməliyyatla əvəz oluna bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib