MDB-də antimikrob preparatlara dayanıqlılığın qarşısının alınması üzrə Tədbirlər Planı hazırlanır
16.04.2021 09:43

Müstəqil Dövlətlər Birliyində antimikrob preparatlara dayanıqlılığın qarşısının alınması üzrə birgə Fəaliyyət Planı hazırlanır.

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədin layihəsinin hazırlanması üzrə işçi qrupunun iclası aprelin 15-də onlayn rejimdə keçirilib.

 

İclasda MDB-nin iştirakçısı olan dövlətlərin müvafiq nazirlikləri və idarələrinin, habelə Birliyin İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

 

İşçi qrupu plan layihəsi, ölkələrdən daxil olan irad və təklifləri müzakirə edərək sənəd üzərində işin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlib. Bununla əlaqədar olaraq, növbəti görüşün iyun ayında videokonfrans rejimində keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, antibiotik rezistentlik problemi bu gün bütün dünyada olduqca aktualdır. Törədicilərin əksər müasir antibakterial preparatlar qruplarına dayanıqlılığının artması stasionar müalicə müddətinin, xəstəlik və ölüm hallarının artmasına gətirib çıxarır, bakterial infeksiyalarla mübarizədə klinisistlərin imkanlarını ciddi şəkildə məhdudlaşdırır, cəmiyyətin sosial və iqtisadi xərclərini əhəmiyyətli dərəcədə artırır.

 

Dünya statistikasına görə, antibiotikə müqavimət ildə təxminən 700 000 insanın ölümünə səbəb olur. Alimlərin hesablamalarına görə, 2050-ci ildə onun qurbanlarının sayı ildə 10 milyona qədər arta bilər. ÜST və BMT cəmiyyətin diqqətini tibdə antibiotik rezistentlik məsələsinə yönəltməyə çağırırlar.

 

MDB-nin iştirakçısı olan dövlətlər bu məsələdə həmrəydirlər, 2019-cu ildən bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəal iş başlanılıb. Bu ilin mart ayında Birlik ölkələrinin ekspertləri MDB-nin iştirakçısı olan dövlətlərin antimikrob preparatlara qarşı dayanıqlılıq ilə mübarizə üzrə birgə Fəaliyyət Planı layihəsinin ətraflı müzakirəsinə başlayıblar.

 

Planın tədbirləri antimikrob preparatların səmərəli tətbiqi və onlara mikroorqanizmlərin dayanıqlılığının formalaşması şərtləri barədə əhalinin məlumatlandırılmasına, vətəndaşların yoluxucu xəstəliklərin immunoprofilaktikasına sadiqliyinin artırılmasına yönəlib. Səhiyyə, baytarlıq və digər sahələrdə antimikrob preparatlarına qarşı dayanıqlılığının qarşısının alınması məsələləri üzrə kadrların hazırlanmasının təşkili tədbirləri, bu sahədə təhdid və çağırışlara birgə reaksiya verilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır