Vərəm xəstələrinin immunitetini gücləndirən PƏHRİZ
16.04.2021 10:25

Bu pəhriz vərəm xəstələri üçün nəzərdə tutulub. Pəhrizin məqsədi həzm prosesini yaxşılaşdırmaqla infeksiyadan zərər görmüş orqanizmin immunitetini və müqavimətini artırmaqdan ibarətdir.


Aztibb.az xəbər verir ki, bu dietaya kalorili, bol vitaminli, zülallarla zəngin, südlü, karbohidratlı qida məhsulları daxildir. Vərəmli xəstələr gün ərzində 5 dəfə yemək yeməli və yeməyin tərkibində olan yağın miqdarını az-az artırmalıdırlar. Rasionda xüsusi qidalar yoxdur. Belə xəstələr istədikləri hər şeyi yeyə bilər, yanlız soyuq içki və soyuducu temperaturunda olan qidaları qəbul etmək olmaz.


Vərəm xəstələri uzun müddət həkim nəzarəti altında olmalıdırlar. Belə xəstələrin qaraciyərində problemlər yoxdursa, onlar istədiklərini yeyə bilərlər.


Vərəm xəstələrinin qida rasionunu aşağıdakılar təşkil edir:


- müxtəlif növ un məmulatları, peçenyelər;
- şirniyyatlar, pirojnalar;
- istənilən şorba;
- müxtəlif növ ət və ət məhsulları;
- süd məhsulları;
- müxtəlif formada bişirilən yumurta;
- qarabaşaq, perlova, düyü, yarma;
- makaron məhsulları;
- bütün növ meyvə və tərəvəzlər;
- müxtəlif qəlyanaltılar;
- bal, mürəbbə, bəhməz;
- meyvə şirələri, itburnu və buğda kəpəyi dəmləməsi.


Vərəm xəstəliyi sağalması mümkün olan, lakin ağır bir xəstəlikdir. Bu xəstəlik müxtəlif orqanlarla bərabər qaraciyərə də öz mənfi təsirini göstərir. Ona görə də qaraciyər öz fəaliyyətini tam bərpa edənə qədər həddən artıq yağlı qidalardan uzaq durmaq və həkim nəzarətində olmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib