Alimlər mal ətinin ürək üçün təhlükəsini təsdiqlədilər  
16.04.2021 09:29

Mal ətindən qida kimi istifadə insanda ürəyin işinin pisləşməsi riskini artırır.

 

Aztibb.az ren.tv-yə istinadən xəbər verir ki, belə nəticəyə təxminən 20 min insanı müayinə etmiş tibb tədqiqatçıları gəliblər.

 

Mütəxəssislər müəyyən ediblər ki, ət yeməklərini çox sevən insanlarda ürək çatışmazlığı inkişaf edir, arteriyalar sərtləşir.

 

Piyli balıq isə bunun əksinə olaraq ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və arteriyaları elastik edir.

 

Tədqiqatçılar mal ətindən istifadənin ürəyin işi ilə əlaqəsini onunla izah ediblər ki, bu, yüksək təzyiq, xolesterinin səviyyəsinin artması, piylənmə və diabetlə nəticələnir.

 

Bu, araşdırmaçıların mal ətindən normadan artıq istifadənin zərəri ilə bağlı ilk qənaəti deyil. Daha əvvəl məlum olub ki, mal əti insanın, xüsusən kişilərin ömrünü azaldır. Ekspertlər orta yaşı 53 il olan 43 272 kişiyə dair məlumatı öyrəniblər. Yoxlanılanlar sınaq müddətinin əvvəlində hər hansı ürək-damar və onkoloji xəstəliklərdən əziyyət çəkməyiblər. Məlum olub ki, mal ətindən istifadə edən kişilərdə ürək-damar xəstəliklərinin inkişafı ehtimalı yüksəkdir. Ekspertlər belə qənaətə gəliblər ki, bu məhsul rasionundan imtina insanın ömrünü əhəmiyyətli dərəcədə uzada bilər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib