"İmkan verin ki, övladınızın orqanizmində qidalanma davranışı və reflekslər formalaşsın" - Pediatrdan XƏBƏRDARLIQ
15.04.2021 12:45

Uşaqlarınızı məcburi yedizdirməkdən çəkinin. İmkan verin ki, uşaq orqanizmi, xüsusən də onun beyni aclığı hiss etsin, qidalanma davranışı, reflekslər formalaşsın.

 

Aztibb.az xəbər verir ki, bunu pediatr Tərlan Əyyubov sosial şəbəkədə etdiyi paylaşımda deyib. O, uşaqların qidalandırılması və rejimi ilə bağlı valideynlərə mühüm tövsiyələr verib.

 

Həkim bildirib ki, uşaqlara gün rejimi tərtib edilməlidir. Onların dayələri və qohumlar da bu rejimlə tanış olmalı və ona riayət edilməsinə çalışmalıdır. Qidalanma rejimə salınmalı, yəni eyni saatlarda yemək verilməlidir:

 

"İştahsız uşaq yeməklər arası qidalandırılmamalıdır. Onlara rejimə düşənədək qidalar arasında adi sudan başqa heç nə verməməli, xüsusilə də, onlar karbohidratlarla (şəkərlə) zəngin qidalar - yəni çörək, konfet, bişmələr, şirin, kəmşirin, azacıq-şirin, mürəbbə məti, bal, meyvə, şirələr və qoz-fındıqdan uzaq tutulmalıdır.

 

Qidalar arası uşaqların iştahını yaxşılaşdırmaq üçün aktiv oyunlardan (qaçmaq, tullanmaq, və s.) istifadə etmək tövsiyə olunur. Bu qaydalara ciddi riayət etdikdə, adətən 10 gündən sonra orqanizmdə qidalanma refleksi yaranır və təyin olunmuş saatlarda uşaqlar acırlar".

 

Pediatrın sözlərinə görə, bir neçə saat ac qalmaq uşaqda problem yaratmaz. Əməliyyatlardan öncə və bəzən sonra da, müəyyən analizlərdən əvvəl uşaqları ac saxlayırlar.

 

"Əvəzində uşaq başa düşür ki, onun manipulyasiyaları artıq işə yaramır və o, taktikasını dəyişməyə başlayır. Beləliklə, valideynlər həm boş vaxt əldə edir, həm də əsəbləri pozulmur. Ailədə sakitlik uşağın tammənalı tərbiyəsi və inkişafı üçün ən vacib və mühüm faktordur", - deyə həkim əlavə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib