Anemiyanın əlamətləri və profilaktikası
15.04.2021 11:16

Anemiya qanda qan hüceyrələrinin sayının və ya qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə meydana çıxan problemdir. Bu, müxtəlif xəstəliyi müşayiət edən patoloji hal da ola bilər.

 

Adətən insanlar anemiyaya ciddi pozuntu kimi yanaşmır və onun sağlamlığa vura biləcəyi zərərləri gözardı edirlər. Anemiya nədir və onun ilkin əlamətləri hansılardır? Bu məsələyə aydınlıq gətirmək mütləqdir.

 

Əlamətləri

 

Xəstəliyin ümumi əlamətlərinə dəridə baş verən dəyişikliklər (solğun görünüş, qabıq vermə, soyuqluq. Bəzən dəri sarı rəng də ala bilər.), halsızlıq, yuxululuq, baş gicəllənməsi hallarının artması aiddir. Anemiya ağır formada davam edərsə, bu zaman ürək gedməsi halları da ola bilər. Adətən bu problem yarandıqda gözün ağ hissəsi sarı rəng alır, tənginəfəslik yaranır, əzələ tonusu aşağı düşür. Problemdən əziyyət çəkən insan mütəmadi olaraq tərləməyə başlayır. Tər soyuq və yapışqan şəklində olur. Qida borusu sistemində pozuntular (ishal və qusma), eləcə də yuxarı və aşağı ətraflarda yüngül sancmalar meydana çıxa bilər. Xəstəlik mütəmadi baş ağrıları, aşağı təzyiq, ürək döyüntülərinin çoxalması və bəzən döş qəfəsində ağrılarla müşahidə olunur. Dalağın ölçülərində böyümə müşahidə edilir.

 

Yaranma səbəbləri

 

Təəssüf ki, qanazlığı müxtəlif səbəblərdən yarana bilər. Onların arasında ən geniş yayılmışları orqanizmdə dəmir, fol turşusu kimi bəzi elementlərin və B12 vitaminin çatmazlığıdır. Lakin problemin yaranmasına yol açan digər faktorları da gözardı etmək olmaz. Bunlara genetik anemiyalar, düzgün qidalanmama, xroniki xəstəliklər, şişlər, iltihabi proseslər, dərman preparatları və zəhərlənmələr aiddir.

 

Profilaktikası

 

Elmi məqalələrdə problemin yaranmaması üçün ilk profilaktik tədbir olaraq düzgün qidalanma göstərilir. Buna görə uşaqlar hər gün 0,5-1,2 mq, böyüklər isə 1-2 mq dəmir qəbul etməlidirlər. Orta statistik qida sxeminə görə gündə 5-15 mq dəmir qəbul etmək olar. Lakin bədəndə bu elementin yalnız 10-15 faizi sovrulur.

 

Əsas dəmir mənbəyi heyvan mənşəli qidalardır. Bu element əsasən qoyun və mal əti, eləcə də qara ciyərdə olur. Dəmir elementinin ən az olduğu qidalar isə toyuq əti, balıq və kəsmikdir. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizm tərəfindən daha tez sovrulur. Bu elementin bədəndə daha yaxşı mənimsənilməsinə C vitamini çox böyük dəstək verir. Əsasən çayın tərkibində olan tanin adlı amin turşusu isə bu elementin orqanizmdə sovrulmasına problemlər yaradır. Bundan əlavə bir çox ərzaqda olan ftalat turşusu da bədəndə dəmirin mənimsənilməsinin qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib