Şəkərli diabet xəstələri hansı qidalardan istifadə etməməlidir?
15.04.2021 10:01

Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.

 

Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?

 

  1. Susuzluq;
  2. Tez-tez sidiyə getmə;
  3. Çəki itirmə;
  4. Sidik yollarının infeksiyası;
  5. Bulanıq görmə;
  6. Qaşınma;
  7. Yorğunluq;
  8. Dəridə və ağızda quruluq;
  9. Ayaqlarda keyimə.

 

Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər?

 

  1. Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda);
  2. Ürək-damar xəstəliyi olan insanlar;
  3. Artıq çəkisi olanlar;
  4. Hipertoniyası olanlar (A/T ≥140/90 mm.cv.st);
  5. Triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterinin ≤3.5 mg/dl olması;
  6. 4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar;
  7. 45 yaşından yuxarı şəxslər;
  8. Gestasional (hamiləlik) diabet anamnezi;
  9. Yumurtalıqların polikistozu sindromu.

 

Şəkərli diabet xəstələri xüsusi pəhrizə riayət etməlidir. Pəhrizin məqsədi şəkərli diabet xəstələridə karbohidrat və yağ mübadiləsini neytrallaşdıran qida vasitələrinə üstünlük vermək və qanda şəkərin qalxmasına səbəb olan qida maddələrin qəbulunu azaltmaqdır.

 

Bu pəhrizdə heyvanı yağlar, kalorili qidalar, zülallar, şəkər və şirniyyatlar azlıq təşkil edir. Pəhrizdə xolesterolsuz, duzsuz, qızardılmamış qidalara üstünlük verilir. Xəstələrə gün ərzində 5-6 dəfə qidalanmaq və qidada karbohidratların bərabər sayda olması məsləhət görülür (300:6).

 

Şəkərli diabet xəstələrinə yağlı bulyonlar, yağlı xəmir, süddə bişən düyü, mannı, yağlı ördək, qaz, hind quşu əti, hisə verilmiş ət və ət məhsulları, konservlər, balıq kürüsü, duzlu və yağlı balıq, duzlu pendir, şirin kəsmik, makaron məmulatları, turşular, qənd, mürəbbə və şirniyyatlardan istifadə etmək olmaz.

 

Aztibb.az xəbər verir ki, şəkərli diabet xəstələrinin qidası aşağıdakılardan ibarət olmalıdır.

 

- yağsız mal, quzu, yağsız hind quşu əti;
- qızardılmamış balıq əti;
- yağsız süd, kəsmik, pendir, qatıq;
- yumurta ağından qayğanaq;
- kələm, yerkökü, çuğundur, yaşıl noxuddan hazırlanmış salatlar;
- dəniz məhsullarından hazırlanan salatlar;
- şit kərə yağı, bütün növ bitki yağları;
- təzə meyvə və tərəvəzlər;
- az şəkərli konfet;
- təbii bal.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib