AQTİ-nin laboratoriyaları sağlamlığın qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir
14.04.2021 17:42

Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin təkmilləşdirilməsilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

 

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası tərəfindən regional sınaq laboratoriyaları peşəkarlıq səviyyələrinin ölçülməsi, həmçinin bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi məqsədilə səriştəlilik test proqramına cəlb olunub.

 

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, səriştəlilik testində iştirak edən Quba, Göygöl, Qax, Bərdə, Sabirabad, Tovuz və Lənkəran regional sınaq laboratoriyaları yüksək nəticə göstəriblər.

 

Qeyd edək ki, regional sınaq laboratoriyalarında istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir. Laboratoriyada həm insanlar, həm də heyvanlar üçün təhlükəli hesab edilən yoluxucu xəstəliklərdən olan bruselyozun ELISA müayinə, Rose-bengal sınağı (RBS), Komplementin Birləşmə Reaksiyası (KBR), Aqqlütinasiya reaksiyası (AR), həmçinin Xlamidioz xəstəliyinin ELİSA və Şmallenberq xəsətəliyinin ELİSA müayinə metollarından istifadə edilir. Bir müddət əvvəl Göygöl RSL İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilən və Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya və Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlik test proqramında bruselyoz xəstəliyinin ELİSA müayinəsi və Komplementin Birləşmə Reaksiyası (KBR) və Aqqlütinasiya reaksiyası (AR) üzrə yüksək nəticə əldə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır