Özünümüalicə faydadan çox ziyan gətirə bilər - Həkim-terapevt
14.04.2021 13:58

Bəzi kritik vəziyyətlərdə ən vacib dərmanların əl atında olması lazımdır. Təəssüf ki, bəzən lazım gəlmədiyi hallarda da müxtəlif dərmanları yığıb saxlayanlar və lazım gələndə onları tapmaqda çətinliklə üzləşənlər olur. Hazırkı pandemiya dövründə tez-tez apteklərdən hər zaman əlçatan olan dərmanların yoxa çıxması ilə üzləşirik. Bu, ilk növbədə, həkim təyinatı ilə müntəzəm olaraq dərmanlar qəbul edənlərə mənfi təsir göstərir və həmin dərmanların birdən-birə apteklərdən yoxa çıxması onların narahatlığına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nərgiz Kərimova deyib.

 

“Yadda saxlamaq lazımdır ki, hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır. Həkim dərman təyin edərkən, xəstənin anamnezinin bır sıra incəliklərini, dərmanların bir-biri ilə uyğunluq və ziddiyyətlərini, qarşılıqlı təsirinin xüsusiyyətlərini nəzərə alır. Həmin dərmanları özbaşına qəbul etmək mənfi nəticələrə, hətta ağırlaşmalara səbəb ola bilər. Hazırda elə xəstələr var ki, başqasına yazılmış reseptdən istifadə edir, bu, xəstəliyinin ağırlaşmasına səbəb olduqda isə deyir ki, qohum da bu dərmanları qəbul edib və sağalıb. Əslində o, bununla çox zərərli və yanlış üsulla öz xəstəliyini daha da şiddətləndirdiyinin fərqində olmur", - deyə həkim-terapevt bildirib.

 

Nərgiz Kərimovanın sözlərinə görə, hər orqanizm eyni deyil və birinə yaxşı təsir edən hər hansı dərman başqa birisinə əks təsir göstərə bilər. Hormonal preparatların və antibiotiklərin qəbuluna da maksimum dərəcədə ehtiyatla yanaşmaq lazımdır. Təəssüflər olsun ki, hazırda COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq, xəstələr özbaşına olaraq belə dərmanları külli miqdarda qəbul etməklə, profilaktika məqsədilə bu cür səhvlərə yol verirlər. Özünümüalicə faydadan çox ziyan gətirə bilər.

 

O, əlavə edib ki, əl altında saxlanılan dərmanlara və ləvazimatlara sarğı materialları, yara, yanıq və qanaxmanın qarşısını almaq üçün istifadə olunan materiallar, ağrıkəsicilər, antihistamin preparatları və xəstənin mütəmadi olaraq qəbul etdiyi dərmanlar aiddir. Hər hansı xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə olunmalıdır, əks halda ciddi sağlamlıq problemləri yarana bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib