Qadınları ən çox narahat edən problemlərdən biri - Vaginal kandidoz
14.04.2021 11:44

Vaginal kandidoz – uşaqlığın selikli qişasının mayayabənzər kandida göbələkləri ilə kolonizasiyası nəticəsində yaranan mikozudur. Kəskin mərhələdə – xarici cinsiyyət orqanında qızartı, ödem və qaşınma, uşaqlıq yolunda ağrı, göynəmə və qaşınma, cinsi yollardan axan xeyli miqdarda, kəsmiyəbənzər ifrazat, xroniki mərhələdə – selikli qişanın quruluğu və atrofiyası, ekskoriasiya, ifadəli lixenizasiya müşahidə olunur. 

 

Aztibb.az xəbər verir ki, vaginal kandidoz – endogen infeksiya olub, adətən uşaqlıq yolu, az hallarda ağız boşluğu, bağırsaqların selikli qişası və dəridə simptomsuz daşıyıcı şəklində inkişaf edir. Məsələn, vaginal kandidozun residivləşən forması kandida göbələklərinin bağırsaqda persistensiyası, periodik olaraq törədicinin uşaqlıq yoluna keçməsi və onun kolonizasiyası nəticəsində inkişaf edir. Vaginal kandidoz zamanı psevdomiseli adətən uşaqlıq yolu epitelinin yalnız üst qatına daxil olur, nadir hallarda dərin toxumalara keçərək, hematogen yolla yayılma və müxtəlif orqanların zədələnməsi ilə nəticələnir.

 

Xəstəliyi insanların şərti-patogen mikroflorasına aid mikroskopik mayayabənzər kandida göbələkləri törədir. Onlar yaxşı immuniteti olan qadınlarda xəstəlik törədəcək qədər aqressiv deyil, lakin immunitet aşağı düşdükdə kandida aktiv şəkildə urogenital traktın selikli qişasını tutur. Vaginal kandidoz göbələkəleyhinə preparatlarla müalicəyə baxmayaraq qadınlarda xroniki və davamlı xarakter daşıyır. 

 

Vaginal kandidozun diaqnozu klinik şəkil, mikroskopik və kultural müayinələrin əsasında qoyulur. Müalicə sistem və yerli təsirli antimikoz vasitələr, polivitaminlər, immunostimulyatorlar təyin etməklə aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib