Şərur Rayon Uşaq Xəstəxanasında uşaqların profilaktik tibbi müayinələri aparılır  
14.04.2021 09:25

Aprelin 10-dan başlayaraq Naxçıvan Muxtar Respublikasında məktəblilərin kütləvi profilaktik müayinəsinə başlanılıb.

 

Aztibb.az xəbər verir ki, Şərur Rayon Uşaq Xəstəxanasının bir qrup həkimi şagirdlərin yaz mövsümündə tibbi müayinələrini aparmaq üçün rayonun Şəhriyar kənd tam orta məktəbində olub. Pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, nevropatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqada məktəbin 120 şagirdini dərin tibbi müayinələrə cəlb edib.

 

Tibbi müayinələr zamanı dəqiqliyə ciddi nəzarət edilib, dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilib. Uşaqlar arasında şəxsi gigiyena qaydalarına əməl edilməsinə, COVID-19 virusundan qorunmaya dair maarifləndirici söhbətlər də aparılıb.

 

Yaz mövsümünün profilaktik tibbi müayinələri mayın 25-dək davam etdiriləcək.

 

Qeyd edək ki, uşaqlar arasında profilaktik kütləvi dövri tibbi müayinələr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır