Həkim-diyetoloq: Pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin
13.04.2021 16:17

Ramazan ayında oruc tutarkən qida rasionuna düzgün əməl etmək çox vacibdir. Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoyur. Yeni növ koronavirus (COVID-19) infeksiyası immuniteti zəif olanları daha tez yaxalayır və onların xəstəliyi daha ağır keçir. Ona görə də pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin.

 

Aztibb.az xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: “Gün ərzində aclıq saatları 15-16 saat davam edir. Səhər yeməyi zamanı 2 ədəd yumurta, duzu az olan pendir və ya kəsmik qəbul etmək məsləhətdir. Səhər-səhər mütləq bir neçə xiyar yeyilməsi məsləhətdir, çünki gün ərzində susuzluğun yatırılmasına kömək edir”.

 

Onun dediyinə görə, sahurda, həmçinin qaymaq, xama, zeytun, süddə bişmiş yulaf da çox faydalı hesab olunur. Ramazan ayı yay fəslinə doğru yekunlaşacağından havalar indikindən daha isti, günlər daha uzun olacaq. Ona görə də hər gün iftardan iki saat sonra çoxlu su içilməlidir.

 

Həkim-diyetoloq qeyd edib ki, səhər və axşam yeməklərində çörək seçimi edərkən ağ çörəyə yox, kəpəkli çörəyə üstünlük verilməsi daha doğrudur, çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec həzm olunur. Bu, aclıq hissinə qalib gəlməyə kömək edir.

 

Onun sözlərinə görə, Ramazanda iftar açarkən iki dəfə qidalanmaq məsləhət görülür, çünki birdən-birə mədəni çox yükləmək olmaz: “İftar süfrəsi təbii ki, duru yeməklə açılır. Şorbanı yeyəndən 15-20 dəqiqə, təxminən yarım saat sonra yenidən süfrəyə qayıdıb qidalanmanı davam etdirmək lazımdır. İftar süfrəsində ət, toyuq, balıq, göbələk və tərəvəz yeməkləri ola bilər. Süfrədə göyərtilərin olması həzm traktını yaxşılaşdırır, metobolizmi sürətləndirir və artıq çəkinin yaranması prosesinin qarşısını alır. Meyvələr yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən 1,5-2 saat sonra meyvə yeyilməlidir, çalışıb yalnız bir meyvə, özü də qabığı soyulmadan yemək lazımdır”.

 

Həkimlər yaşlıların, COVID-19 və digər xroniki xəstəliklərlə mübarizə aparanların oruc tutmasını məsləhət görmürlər, çünki oruc tutanda bütün xəstəliklər daha da kəskinləşə bilər. Oruc tutarkən iftar açanda yeməkləri tələsmədən, ağızda yaxşı çeynədikdən sonra udmaq lazımdır. Tələsərək yeyilən yemək mədədə sancı, şişkinlik, köp və qəbizlik kimi hallara səbəb ola bilər. Belə hallar müşahidə ediləndə yeməkdən sonra razyana, çobanyastığı və nanə kimi bitki çayları dəmləyib içmək lazımdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib