Göbələk zəhərlənmələri: ƏLAMƏTLƏRİ və MÜALİCƏSİ
13.04.2021 11:29

Göbələk demək olar ki, bütün fəsillərdə ən çox istifadə olunan qidalardan biridir. O, düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. 

 

Göbələk zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir. Təbii mühitdə yetişən göbələklər arasında zəhərli olanlarına daha çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən də məlumatsız şəkildə yeyilən göbələyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

 

Zəhərlənmə əlamətləri göbələyin tərkibində olan zəhərin xüsusiyyətlərindən asılı olaraq fərqli ola bilər. Əlamətlər bəzi göbələk növlərinin yeyilməsindən 2 saat sonra, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır.

 

Aztibb.az xəbər verir ki, göbələklə zəhərlənmə özünü aşağıdakı əlamətlərlə büruzə verir:

 

- qarında ağrılar;
- yuxuya meyillilik;
- aşağı arterial təzyiq;
- gözdə toranlaşma;
- üz və boyunda qızarma;
- taxikardiya;
- ağızda metal dadı;
- tərləmə;
- ürəkbulanma;
- qusma.

 

Xəstəyə ilk tibbi yardım:

 

Göbələk yeyildikdən sonra hansısa bir narahatlıq hiss olunan zaman xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır. Xəstəxanaya çatana kimi xəstə qusdurulmalıdır. Əgər qida qəbulunun üstündən bir müddət keçibsə, xəstəyə bol duzlu maye içirdib təcili qusdurmağa çalışmaq lazımdır. Qaytarma və ishal orqanizmin qəbul eləmək istəmədiyi bir şeyi, xaricə çıxarmaq üçün özünü yüngülləşdirmə vasitəsidir.

 

Bir çox hallarda xəstə xəstəxanaya çatana qədər komaya düşür. Mümkün olarsa, həkimə çatana qədər xəstənin vena daxilinə artopin məhlulu yeritmək məqsədəuyğundur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib