COVID-19 keçirənlər tamamilə yaxşılaşmadan oruc tuta bilməzlər
13.04.2021 14:54
COVID-19 xəstələri oruc tuta bilərlərmi, yaxud necə edək ki, immunitetimiz zəifləməsin?
Orucluğun başlamasına sayılı günlər qalır. Ötən illərdən fərqli olaraq, COVID-19-la əlaqədar orucluqla bağlı müxtəlif suallar yaranır: COVID-19 xəstələri oruc tuta bilərmi? Daha əvvəl COVID-19 keçirənlər, yaxud da bu xəstəliyə yoluxmayanlar necə etməlidirlər ki, immunitetləri aşağı düşməsin? Yaxud da pandemiya dövründə oruc tutmaq nə dərəcədə düzgündür?
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva bildirib ki, COVID-19 keçirənlər tamamilə yaxşılaşmadan oruc tuta bilməzlər. Ağciyər pnevmoniyası 30-40 faizdən çox olanlar COVID-19 keçirdikdən sonra azı 3 ay oruc tuta bilməzlər. Bu şəxslərin tez-tez qidalanması və bol maye qəbul etməsi lazımdır. COVID-19 olanlar oruc tuta bilməzlər. Çünki xəstəliklə əlaqədar bu şəxslər həddindən artıq tərləyir və maye itirirlər. Onların bədənində mayenin miqdarı artmalıdır. Eyni zamanda, az-az və tez-tez qidalanmaları lazımdır. Oruc tutarkən isə bu mümkün deyil:
"COVID-19 keçirməyən sağlam şəxslərə gəldikdə isə, qeyd edim ki, onlar da iftar və imsaqda kifayət qədər maye qəbul etməlidirlər. Orucu açarkən, ya da imsaq zamanı yeməkdən imtina etmək olmaz. Mütləq şəkildə qidalanmaya nəzarət etmək, bol protein, meyvə-tərəvəz qəbul etmək lazımdır. Xüsusən də C vitamini ilə zəngin qidalar qəbul etmək lazımdır ki, immunitet zəifləməsin. Yəni, menyu protein, karbohidrat, vitamin və minerallarla zəngin olmalıdır. Menyuda ağ və qırmızı ət də yer almalıdır. Bütün bunlara riayət olunarsa, insan oruc tutduğu müddətdə immuniteti aşağı düşməz".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

