Genetiklər: İNFARKTDAN sonra tam bərpa mümkündür - Yeni tədqiqat
13.04.2021 10:57

Viktor Çanqa Kardioloji Tədqiqatlar İnstitutunun alimləri ürək tutmasından (infarkt) sonra zərər görmüş əzələləri bərpa etməyə kömək edəcək gen aşkar ediblər. Tədqiqatçılar Danio-rerio balıqlarında ürək tutmasından sonra bölünməyə və çoxalmağa imkan verən hüceyrələri aktivləşdirən genetik "yanıb-sönmə" funksiyası müəyyən ediblər. Bu, tam regenerasiyaya və zərər görmüş ürək əzələsinin sağalmasına imkan verəcək.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, Klf1 "yanıb-sönmə" geni həyati vacib məqamlarda işə düşür, ürək tamamilə bərpa edildikdə isə fəaliyyətini dayandırır. Başqa sözlə, Klf1 geni ürəyin erkən inkişafında heç bir rol oynamır, onun regenerasiya xüsusiyyətləri isə yalnız ürək travmasından sonra fəaliyyətə başlayır.

 

Bu gen ürək əzələsinin zədələnməmiş hüceyrələrini daha güclü edir və onların metabolik xarakteristikalarını dəyişdirir. Bu, hüceyrələrə bölünməyə və yeni hüceyrələr yaratmağa imkan verir. Bu genlər balıqlardan götürüldükdən sonra balığın ürəyi travmadan sonra özünü bərpa etmək qabiliyyəti tamamilə itirib.

 

Qeyd edək ki, tədqiq edilmiş balıqlar 70%-dən çox insan geninə malikdirlər. Bu isə onların sınaqlar zamanı mükəmməl nümunə kimi istifadə olunmasına imkan verir.

 

Mütəxəssislər bu tədqiqatdan sonra insanda da ürəyin bərpası prosesinin aktivləşdirilməsi imkanını istisna etmirlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib