Uşaqlarda astma xəstəliyinin ƏLAMƏTLƏRİ - Pediatr Günay Rəsulova
12.04.2021 16:57
Astma diaqnozu qoymaq üçün əsas köməkedici müayinə - tənəffüs testləri - spirometriyadir ki, bu müayinə 5 yaşdan yuxarı uşaqlara tətbiq oluna bilir. Astmanın qarşısını almaq üçün uşaqları həssas olduğu qida və ya respirator allergenlərdən maksimum uzaq tutmaq lazımdır.
Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Günay Rəsulova deyib. Astma uşaqlarda ən sıx rast gəlinən xroniki tənəffüs yolu xəstəliklərindəndir. Allergik bronxit diaqnozu yoxdur. Əgər uşaqlarda aşağıda sadalanan simptomlar varsa, bu artıq bronxial astmadır.
- Təkrarlanan öskürəklər;
- Xışıltı-Vizing (səsli, musiqili tənəffüs);
- Nəfəsvermənin çətinləşməsi ilə gedən təngnəfəslik;
- Gecə öskürək tutmaları;
- Fiziki hərəkətlə artan öskürək tutmaları, vizing və s.
Erkən - 2-3 yaşlı uşaqlara astma diaqnozu qoymaq çətindir. Çünki bu yaşlarda respirator viruslar (bronxiolit) və bronxların quruluş xüsusiyyətlərinə görə asanlıqla vizing (musiqili xışıltı, bronxspazm) əmələ gələ bilər. Bu yaşlarda astmanı dəstəkləyəcək hər hansı laborator müayinə də yoxdur. Lakin əgər bu yaş uşaqlarda 3 dəfədən çox vizing, üstəlik ana və ya atada astma xəstəliyi varsa, uşaqda ekzema, allergik rinit varsa, süd, yumurta və ya fıstıq kimi bəzi qidalara qarşı allergik reaksiya olmuşdursa, bu əlamətlər astmanı dəstəkləyən əlamətlər hesab edilir.
Astma diaqnozu qoymaq üçün lazım olan müayinələr:
- Ağciyər rentgendə havalanma artışı;
- Yüksək İg E;
- Pozitiv Spesifik İg E;
- Dəri prik testləri;
- Tənəffüs testləri-spirometriyadır.
Pediatrın sözlərinə görə, mütləq allergen qidalar rasiondan çıxarılmalı, xüsusilə ev tozu, yun tozu, ev heyvanı tükü, tüklü oyuncaqlar astma riski olan uşaqlara verilməməlidir.
Astması olan uşaqları mümkün olduqca respirator xəstələnmələrdən qorumaq lazımdır. Bundan başqa astması olan uşağın yanında siqaret çəkilməməli, dırnaq boyası, parfüm, ev hava ətirləndiriciləri və başqa kəskin qoxularla təmasdan uzaq tutulmalıdır.
Bu xəstəliyin müalicəsində məqsəd tutmaların qarşısını almaq və astmalı uşaqların da digər uşaqlar kimi sağlam həyat tərzi yaşamalarını təmin etməkdir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

