Gömrük Hospitalının Alqı-satqı şöbəsinə yeni TƏYİNAT
12.04.2021 15:13
Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi Rəşad Fərəcov Hospitalın Alqı-satqı şöbəsinə rəis təyin edilib.
 
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
 
Bildirilib ki, Rəşad Fərəcov 2006-cı ildə Türkiyənin Egey Universitetinin Mühəndislik fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində inspektor kimi başlayıb.
 
Rəşad Fərəcov 2008-ci ildən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışıb. Hospitalın Texniki-təsərrüfat şöbəsində çalışdığı müddətdə o, kollektivin böyük rəğbətini qazanıb.
 
Şöbə rəisi COVID-19 pandemiyası dövründə də Hospitalın təmir və təsərrüfat işlərinin vaxtında icra edilməsi üçün var qüvvəsi ilə çalışıb.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır