Yaşıl yarpaqlı tərəvəzlərin müntəzəm qəbulu qaraciyər piylənməsinin qarşısını alır
12.04.2021 12:22

Yaşıl yarpaqlı tərəvəzlər ən sağlam qidalar arasındadır.

 

Aztibb.az xəbər verir ki, bunun bir çox səbəbləri var. Son zamanlar onların faydası barədə tədqiqatlara daha çox rast gəlinir. 

 

Bu yaxınlarda Edit Kovan Universitetinin alimləri yaşıl yarpaqlı qidaların əzələlərə faydalı olduğunu kəşf ediblər. Araşdırmalar hər iki cinsdən olan (orta yaş 48) 3500-dən çox Avstraliya sakini üzərində aparılıb. Mütəxəssislər 12 il ərzində könüllülərə 2 dəfə pəhriz və fiziki aktivlik barədə tapşırıq verib və müşahidə müddətinin sonunda onların əzələlərinin gücü ilə bağlı sınaq keçirib.

 

Məlum olub ki, fiziki fəaliyyət səviyyəsindən asılı olmayaraq, nitratların (ispanaq, kələm, İsveçrə qarğıdalısı, çuğundur, kahı növlərində olan azot turşusu duzları) müntəzəm qəbulu daha güclü ayaq əzələləri və gəzinti sürəti olan insanlarda ən yüksək səviyyədə olub.

 

Alimlərin fikrincə, nitratlar qan damarlarını genişləndirə bilər. Bu isə əzələlərin qan tədarükünü yaxşılaşdırır.

 

Digər bir araşdırma yaşıl yarpaqlı tərəvəzlərin qaraciyər üçün son dərəcə faydalı olduğunu aşkara çıxarıb. Karolinska İnstitutunun mütəxəssisləri bildirir ki, pəhrizdə bir çox yaşıl yarpaqlı tərəvəzin olması qaraciyər piylənməsi xəstəliyinin inkişaf riskini azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib