Dünyada Parkinson xəstəliyindən əziyyət çəkənlərin sayı artır
12.04.2021 11:00

Dünya alimləri Alzheimerdən sonra ən çox rast gəlinən Parkinson (əllərin titrəməsi, hərəkətin ləngiməsi) xəstəliyi ilə bağlı bəzi açıqlamalar veriblər.

 

Aztibb.az xəbər verir ki, onların sözlərinə görə, hər il bu xəstələrin sayı dayanmadan artır. Hazırda dünyada 10 milyon insan Parkinsondan əziyyət çəkir. Proqnozlara əsasən, bu rəqəm 2030-cu ildə 30 milyona qədər yüksələcək.

 

Xəstəlik inkişaf dinamikasına görə Alzheimerdan sonra ikinci pillədə dayanır. Parkinson simptomlarının ortaya çıxması 20 il əvvəl başlayır.

 

Ümumiyyətlə, bu xəstəlik insanlarda hərəkət pozğunluğu, beyin hüceyrələrinin bir-biri ilə əlaqə qurmasına şərait yaradan dopamin (insan bədəninda təbii yaranan kimyəvi maddədir) adlı maddəni istehsal edən bölgənin təcrid olunması ilə yaranır. Dopamin beyindəki hərəkətlərin idarə edilməsinə cavabdehdir. Bu hüceyrələrin 70-80%-i zədələndikdə ya da təcrid olunduqda xəstəliyin simptomları ortaya çıxır.

 

Parkinson özünü qəbizlik, depressiya, qoxu qabiliyyətinin azalması və ya qoxu duya bilməmək,  görmə problemləri, çiyin ağrısı kimi simptomlarla büruzə verir.

 

Paxlalı bitkilərdə “Levodopa” adlı maddə var. Onlardan eyni adlı dərman preparatları hazırlanır. Bu isə beyində dopamin hüceyrələrinin sərbəst inkişafına kömək edir.

 

Qeyd edək ki,  hər il aprelin 11-i Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə parkinson xəstəliyi ilə mübarizə günü kimi qeyd edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib