Mərkəzi Klinikanın neonatoloji reanimasiyası daha bir uğura imza atıb - Uşaq cərrahı Fuad Hüseynov     
12.04.2021 10:18

1 günlük, çəkisi 3 kq olan körpə böyük və ağır cərrahi əməliyyat keçirdikdən sonra tam sağalıb.

 

Bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib:

 

“Elə doğulduğu gün ucqar rayondan valideynləri körpəni əlacsız halda Mərkəzi Klinikaya gətirdilər. Övladlarının çox ağır qüsur olan yemək borusunun anadangəlmə bağlı olması ilə dünyaya gəldiyini və belə vəziyyətdə yaşamasının mümkün olmadığını artıq bilirdilər”.

 

Həkimin sözlərinə görə, körpənin yemək borusunun yuxarı ucu kor qurtarırdı, aşağı ucu ilə də nəfəs borusu arasında yol mövcud idi (Özofagus atreziyası+Traxeoözofagial fistula). Əməliyyatla öncə nəfəs borusu ilə yemək borusu arasındakı əlaqə kəsildi, yemək borusunun yuxarı və aşağı ucları sərbəstləşdirilərək uc-uca tikildi və normal vəziyyətə gətirildi.

 

O, bildirib ki, körpə belə bir ağır əməliyyatdan sonrakı çətin günlərin öhdəsindən Mərkəzi Klinikanın peşəkar neonatoloji reanimasiyanın həkimləri sayəsində uğurla gəlib.

 

“1 həftə sonra artıq yenidoğulmuş bütün digər körpələr kimi normal şəkildə süd içə bildi və tam sağlam şəkildə evinə yola salındı”, – deyə, cərrah əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır