Karantin rejimi ilə əlaqədar reyd keçirilib - Oğuzda 
09.04.2021 11:05

Oğuzda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində, açıq ictimai məkanlarda keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan istifadənin zəruriliyi izah olunub. Karantin rejimi qaydalarına riayət etməklə fəaliyyət göstərməyin vacibliyi obyekt sahiblərinin və icarədarların diqqətinə çatdırılıb.

 

Reyd ictimai nəqliyyatda da davam etdirilib, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərarlar bir daha sürücü və sərnişinlərin diqqətinə çatdırılıb. Həmçinin bəzi marşrut avtobuslarında şəffaf arakəsmələr quraşdırmayan sürücülərə xəbərdarlıq olunub. Ümumilikdə, qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır