Şəkər xəstələri yalnız bu hallarda oruc tuta bilər - Həkim-endokrinoloq
08.04.2021 15:10

Hər Ramazan yaxınlaşdıqca diabet xəstələri eyni sualın cavabını axtarır: şəkər xəstəsi oruc tuta bilərmi?


İlboyu dini ayinlərə əməl edən bir diabet xəstəsi üçün Ramazan orucundan uzaq qalmaq üzücüdür.

 

Aztibb.az 525.az-a istinadən xəbər verir ki, türk uzman həkim-endokrinoloq diabet xəstələrinin oruc tutmaq prinsiplərini açıqlayıb.


“I tip diabet xəstələri həyatı boyu insulin istifadə etməlidir. Gün boyu insulin vurduqları üçün iynədən sonra onlar nəsə yeməlidir. Ona görə I tip diabetlərin oruc tutması qəti mümkün deyil.

 

Əgər cəmi bir neçə gün insuilin olunmazsa, yüksək şəkər və ketoasidozdan komaya girərlər.

 

II tip diabetdə isə xəstələr fərqli müalicə alır. Ona görə hər xəstəni öz həkimi dəyərləndirməlidir. Oruc tutan II tip diabet xəstələrdə həyatı təhdid edən şəkər düşməsi və ya qalxması ola bilər.

 

İkinci tip xəstələr dərman dozalarını düzgün təyin edərək oruc tuta bilərlər.


Bu çox aşağı dozada dərman alan və qan şəkərini qida ilə nəzarətdə saxlayan xəstələrə aiddir. Qan şəkəri aclıqda 200dən yuxarı, toxluq şəkəri isə 300-ü keçənlərə oruc tutmaq olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib