İsraildən göndərilən tibbi və humanitar yardımın ikinci hissəsi TƏBİB-ə təqdim olunub  
08.04.2021 11:33

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş keçirilib. 

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, görüşdə səfir Corc Dik və rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən İsrail dövlətindən göndərilən tibbi və humanitar yardımın ikinci hissəsi TƏBİB-ə təqdim olunub.

 

Ramin Bayramlı İsrail dövləti tərəfindən göndərilən humanitar yardıma və Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsində göstərdikləri dəstəyə görə səfirə və israilli həkimlərə təşəkkürünü bildirib. 

 

Daha sonra tərəflər Azərbaycan və İsraildə davam edən vaksinasiya prosesi və COVID-19-la mübarizə tədbirləri çərçivəsində görülən işlər üzrə öz təcrübəsini paylaşıb. Azərbaycan və İsrail mütəxəssislərinin vaksinasiya sahəsində təcrübə mübadiləsi üçün vebinarın keçirilməsi qərarlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib