Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş VEBİNAR təşkil edilib - FOTO
07.04.2021 23:49

Aprelin 7-də “Sağlamlığa Xidmət” İctimai Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, Ümumdünya Sağlamlıq Gününün 1950-ci ildən etibarən qeyd edildiyi və günün builki şüarının hər kəs üçün ədalətli və sağlam dünyanın qurulması olduğu bildirilib.

 

“Sağlamlığa Xidmət” İB-in icraçı direktoru Pərvanə Vəliyeva bildirilib ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir.

 

Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə səhiyyə sahəsinə dövlət başçısının hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib: “Bəzi dövlətlərin vaksinlərə əlçatanlığı olmasa da, dövlət başçısının güclü siyasi rəhbərliyinin nəticəsində ölkəmizə vaxtında vaksinlər gətirildi. Ölkəmizdə mütəmadi olaraq səhiyyə sahəsində islahatlar tətbiq olunur, hazırda icbari tibbi sığorta ölkə üzrə həyata keçirilməsinə başlanılıb. Səhiyyə sahəsində olan islahatlar insanların daha keyfiyyətli və əlçatan xidmətlərlə təmin edilməsi məqsədi daşıyır”.

 

Tədbir tibb işçiləri və sosial işçilər tərəfindən COVID-19 pandemiyası dövründə cəmiyyətin sağlamlığı naminə görülmüş işlər barədə təqdimatlar edilib. Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim infeksionisti Nilufər Məmmədova “COVID-19 xəstəliyində tibbi təcrübə” barədə təqdimatla çıxış edərək, COVID-19 virusu, profilaktik tədbirlər, diaqnostika və müalicəsi barədə ətraflı məlumatlar verib, xəstəliyin müalicəsində xüsusi hallar istisna olmaqla, antibiotiklərdən istifadənin düzgün olmadığını qeyd edib.

 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “COVID-19-la bağlı risk kommunikasiyanın əhəmiyyəti”, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Könül İsmayılova “COVID -19 pandemiyası zamanı psixi sağlamlığının qorunması”, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva “Azərbaycanda COVID-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Sonda “Sağlamlığa xidmət” İB-nin layihə rəhbəri Samirə Muxtarovanın “ COVID -19 pandemiya zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

 

Vebinarda pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVID-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatlar verilib.

 

Sosial şəbəkə üzərindən yayımlanan vebinarda istifadəçilərin sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib