Ofis işçiləri çəki almamaq üçün necə qidalanmalıdır? - DİYETOLOQ AÇIQLADI
07.04.2021 15:27

Diyetoloq Yelena Kalen ofis işçilərinin oturaq həyat tərzinə baxmayaraq özlərini formada saxlamağa kömək edəcək faydalı yeməklərin adlarını açıqlayıb.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, diyetoloqun sözlərinə görə, menyuda yaşıl tərəvəzlərdən hazırlanmış salatın olması əsas şərtdir. Bu salat Pekin kələmi, yaşıl soğan, şüyüd, həmçinin pendirdən də ibarət ola bilər. Sadalanan məhsullar sellüloz, dəmir və antioksidantlarla zəngin olmaqla həzm sisteminin işinə müsbət təsir edir və maddələr mübadiləsini sürətləndirir.

 

Həmçinin ofis işçilərinə hind quşundan hazırlanmış buxarda bişmiş kotletlər tövsiyə edilir. 500 qram ətə soğan, cəfəri və ya istiot əlavə etmək olar.

 

"Toyuqdan fərqli olaraq, hind quşunda daha çox zülal və daha az yağ mövcuddur. O, kifayət qədər uzun müddət insanı tox saxlaya bilər", - deyə diyetoloq bildirib.

 

Bişirilmiş toyuq əti, avokado, təbii yoqurt və göyərti yarpaqları ilə və tam buğda çörəyindən hazırlanmış sendviçlərdən də istifadə oluna bilər.

 

Bununla yanaşı, tam yulaf lopaları, banan və təbii yoqurtdan ibarət smuzi bağırsaqların mikroflorasını bərpa edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib