Aparılan testlər sübut etdi: şəkər əzələ bərpasına mane olur
07.04.2021 12:51

Tokyo Metropolitan Universitetinin tədqiqatçıları əzələ bərpası üçün əsas element hesab edilən skelet əzələ peyk hüceyrələrinin aşağı qlükoza mühitində daha yaxşı çoxaldığını göstərib.

 

Aztibb.az “Eurek Alert” nəşrinə istinadən xəbər verir ki,  peyk hüceyrələri əzələ liflərində tapılan xüsusi bir kök hüceyrəsidir. Əzələ hüceyrələri zədələndikdə, peyk hüceyrələri aktivləşir, çoxalma prosesində iştirak edir. Nəticədə əzələ hüceyrələrinə inteqrasiya olunuraraq zədələri düzəldir və əzələ kütləsini saxlayır.

 

Bədən hüceyrələrinin şəkəri enerji mənbəyi kimi istifadə etdiyi hesab edilir. Lakin peyk hüceyrələri ilə hər şeyin fərqli olduğu ortaya çıxıb. “Petri qabı”ndakı hüceyrə kulturaları ilə aparılan təcrübələr çox qlükoza səviyyəsinin bu hüceyrələrin böyümə sürətinə mənfi təsir göstərdiyini sübut edib. Daha az qlükoza tərkibli bir mühit isə hüceyrələrin çoxalmasına səbəb olub.

 

Alimlər qrupu ayrıca qlükoza səviyyələrini daha da aşağı salmaq üçün hüceyrələrə qlükozanı həzm edən bir ferment kimi qlükoza oksidazı əlavə ediblər. Peyk hüceyrələri belə bir mühitdə də normal olaraq çoxalıb. Deməli, bu, bu kök hüceyrələrin enerjini şəkərdən deyil, tamamilə fərqli bir mənbədən alması deməkdir. Bu fakt, həm də yüksək şəkər səviyyəsinə sahib diabet xəstələrinin əzələ itkisi ilə üzləşə biləcəyini sübut edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev