Sistit zamanı effektiv təsirə malik TƏBİİ ANTİBİOTİK
07.04.2021 11:43

Böyrəklərində və sidik kisəsində infeksion xəstəlikləri olan insanların daima bel nahiyələrində sızıldayıcı ağrılar olur. Analizlər zamanı sidikdə dəyişikliklər, sidiyə çıxanda ağrı və ya yanğı hissinin olması böyrək və sidik kisəsində infeksiyanın olması ehtimalını təsdiqləyir. Arterial təzyiqin yüksək olması, tez-tez sidiyə çıxma da böyrəklərdə infeksiyanın olması səbəbindən baş verir.

 

Xəstəxana şəraitində, həkimin nəzarəti altında bu xəstəliklərin müalicəsi mümkündür. Amma ev şəraitində də təbii vasitələrlə bu infeksiyalardan xilas olmaq olar. Əgər xəstə 10 dəqiqədən bir sidiyə gedirsə, sidiyinin rəngi dəyişibsə və sidik axarlarında yanma hissi varsa, bu sistitin əlamətləridir. Bu əlamətləri təbii vasitələrlə aradan qaldırmaq olar.

 

Aztibb.az sistit zamanı effektiv təsirə malik təbii antibiotik reseptini təqdim edir:

-250 qram cəfəri;

-250 qram limon;

- 250 qram bal;

- 200 qram zeytun yağı.

 

Hazırlanması:

 

Cəfərinin kökü və yarpaqları blenderdə üyüdülür, üzərinə limon qabıqlı halda əlavə edilib, yenidən üyüdülür. Üzərinə bal və zeytun yağı tökülüb qarışdırılır. Əldə olunmuş qarışıq soyuducuya qoyulur. Qarışımdan hər səhər acqarına 1 xörək qaşığı içilir. Amma balın təbii bal, limonun isə əsl limon olmağına əmin olmaq lazımdır.

 

Qeyd edək ki, kökundən torpaqdan çıxarılmış cəfərini bol su ilə yuduqdan sonra, bir neçə dəqiqə sodalı suda saxlayıb işlətmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib