AQTİ qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidməti təklif edir  
06.04.2021 16:54
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidməti təklif edir.
 
Aztibb.az xəbər verir ki, xidmət özündə sahibkarlıq subyektində qida təhlükəsizliyi təhlükə və məqbul səviyyələrin müəyyənləşdirilməsi, təhlükənin qiymətləndirilməsi, idarəetmə tədbirlərinin seçilməsi və təsnifatı mərhələlərini əhatə edir.
 
Xidmət çərçivəsində müəssisənin insan sağlamlığı və qida təhlükəsizliyi baxımından risk qiymətləndirilməsi həyata keçirilir, həmçinin müəssisənin yerləşdiyi ətraf mühit, istehsal fəaliyyətləri və digər dəstək fəaliyyətləri nəzərdən keçirilir. Eyni zamanda, xidmətdən istifadə edən sahibkarlıq subyekti üçün təyin olunmuş risklərə nəzarətlə bağlı müvafiq tədbirlər müəyyənləşdirilir, təyin olunan risklər və tətbiq olunan yeniliklər barədə zəruri məlumatlar təqdim olunur.
 
Qeyd edək ki, qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidməti ISO 22000:2018 standartına əsasən aparılır.
 
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida zəncirində risk analizləri üzrə peşəkar konsultasiya xidmətindən istifadə etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır