Tibb Universitetində sirrozun qarşısını almağa kömək edən müayinə aparılır - Elastoqrafiya
06.04.2021 15:41
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) qaraciyər xəstəliklərinin dəqiq diaqnostikasını aparmağa imkan verən elastoqrafiya müayinəsi aparılır.
 
Aztibb.az xəbər verir ki, elastoqrafiya ultrasəs diaqnostikasında ən yeni və perspektivli texnologiyalardan biridir. Araşdırmalar göstərir ki, elastoqrafiyanın tətbiqi ilə aparılan USM xərçəngin diaqnostikasında həssaslığı 95,5 faizə qədər artırır. ATU-nun ümumi cərrahiyyə kafedrasının əməkdaşı, elastoqrafiya mütəxəssisi, t.ü.f.d. Sevinc Salahova bildirir ki, qaraciyərin elastoqrafiyası fibroz xəstəliyinin təyinində kömək edir:
 
“Fibroz qaraciyərin bir çox xroniki xəstəliklərinin əsas xüsusiyyətidir. Qaraciyərin xroniki diffuz xəstəlikləri ən çox rast gələn patologiyalardan olmaqla, dünya əhalisinin 20-30%-də müşahidə edilir və ümumi letal halların təxminən 2-3%-ni təşkil edir. Əksər xroniki qaraciyər xəstəliklərinin təbii gedişi üçün aşağıdakı ardıcıl mərhələlər xarakterikdir: davam edən zədələnmə, fibroz, sirroz və ağırlaşmaları, hepatosellular karsinoma. Səbəbindən və müddətindən asılı olmayaraq fibrozun mövcudluğu və dərəcəsi, növü və yayğınlığı qaraciyər xəstəliyin irəliləmiş mərhələsinin və proqressiv olduğunun mütləq göstəricisidir”.
 
S.Salahova qeyd edir ki, elastoqrafiya bu xəstəliyin mərhələlərini dəqiq qiymətləndirməyə imkan verir. Bu, qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan müayinə aparılma üsuludur. Adi ultrasəs müayinəsi kimi aparıldığından nəticə dərhal əldə olunur. Qaraciyərin sıxlığı KiloPaskalla ölçülür və buna uyğun olaraq, fibrozun dərəcəsi müəyyən edilir. Bu isə klinik praktikada xəstəliyin mərhələsinin və proqnozunun təyini, müalicələrin effektivliyinin qiymətləndirilməsinə imkan yaradır. Fibrozu vaxtında təyin etməklə sirrozun qarşısını almaq, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaları önləmək mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib