Uşaqlıqda şəkərli içkilərin həddindən çox qəbulu yaddaşla bağlı problemlərə səbəb ola bilər - ARAŞDIRMA
06.04.2021 16:58

Alimlərin tədqiqatına görə, şirin içkiləri həddindən çox qəbul edən uşaqlar böyük yaşda yaddaşla bağlı problemlərin yüksək riski ilə rastlaşa bilərlər. ABŞ tədqiqatçıları sınağın gedişatında siçovullara tərkibində şəkər olan içkilər veriblər, onlar böyüdükdə isə yaddaşla bağlı iki test keçirilib və nəticələr müqayisə edilib.

 

Aztibb.az-ın medlinks.ru-ya istinadən məlumatına görə, müəyyən olunub ki, şirin və qazlı içkilər qəbul edən gəmiricilərdə beyinin yaddaş funksiyasında böyük rol oynayan sahələrində - hippokampda pozulmalar olub və bu, yaddaşla problemlərinə səbəb olub.

 

Tədqiqatçılar hesab edirlər ki, belə içkilər insanın bağırsaqlarının mikroflorasını dəyişdirir, bu isə öz növbəsində, hippokampda onun fəaliyyətini pozan genlərdə dəyişikliklərə səbəb olur.

 

"Erkən yaşda şəkərin istehlakı seçmə hippokampda öyrənmə və yaddaşın funksiyasını pozur", - tədqiqatın aparıcı müəllifi, Corciya Universitetinin elmlər doktoru Emil Noubl bildirib.

 

Həmçinin siçovulların bağırsaq mikroflorasının analizi göstərib ki, şəkərli içkilərin istehlakı çox zərərli təsirə malikdir. Şəkərli içkilər içən siçovulların əksəriyyətində bağırsaq bakteriyalarının iki konkret növü müşahidə olunub: Parabacteroides distasonis və Parabacteroides johnsonii. Bu bakteriyalar şirin içkilər heç vaxt istifadə etməmiş siçovullara əlavə edildikdə isə məlum olub ki, onlarda da yaddaşla bağlı problemlər inkişaf edir.

 

Tədqiqatçıların fikrincə, bu sübut edir ki, qazlı içkilərdən koqnitiv pozuntuların yaranması bu içkilərin insanın bağırsaqlarının mikroflorasını dəyişdirməsi ilə əlaqədardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib