COVID-19 xəstəliyindən sonra immuniteti necə möhkəmləndirmək olar?
06.04.2021 12:45
COVID-19 kəskin respirator infeksiyalara aiddir. İlk olaraq, insanın immuniteti bu təhlükəli virusla mübarizəyə başlayır. Lakin bu xəstəlikdən sağalan pasiyentlər uzun müddət əvvəlki normal həyat tərzinə qayıtmaqda çətinlik çəkirlər. Onları ümumi zəiflik, həddən artıq yorğunluq narahat edir, iş qabiliyyəti aşağı düşür. COVID-19 xəstəliyi keçirmiş xəstələr tez-tez soyuqdəyməyə məruz qalır, onların orqanizmində olan xroniki xəstəliklər kəskinləşir.
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin rəisi, təcili yardım həkimi Rəna Qasımova “COVID-19 xəstəliyindən sonra immuniteti necə möhkəmləndirmək olar?” sualını cavablandırarkən belə deyib.
Onun sözlərinə görə, COVID-19 virusu insan orqanizminə daxil olduqda immun sistemi qoruyucu mexanizmləri işə salır və bunlar virusun məhv edilməsinə qarşı mübarizəyə başlayır, infeksiya prosesinin yayılmasını azaldır, virusun orqanizmdən çıxarılmasına cəhd edir. COVID-19 xəstəsi sağaldıqdan sonra onun immun sistemi zəifləmiş halda olur. Onu möhkəmləndirmək üçün ilk öncə, sağlam həyat tərzinə riayət etmək, alkoqollu içkilərdən və siqaretdən imtina etmək lazımdır.
Açıq havada çox gəzmək və gündəlik 7-8 saat yatmaq vacib şərtlərdəndir. Belə ki, yuxu tam olanda (yaşlı insanlar üçün bu, 6-7 saat da ola bilər) immuniteti möhəmləndirir. Qidalanmada daha çox tərəvəzdən (xüsusilə, göyərti) müxtəlif meyvə və giləmeyvələr və mütləq ədviyyatlardan (sarımsaq, sarıkök, zəncəfil, qara istiot və s.) istifadə etmək lazımdır. Bəzən COVID-19 xəstəliyindən sağalmış insanlar hesab edirlər ki, bu virusa yoluxub sağaldıqdan sonra onların bədənlərində anticisimlər yaranır və onlar daha yoluxa bilməz. Bu, tamamilə səhv fikirdir.
Sağalmış COVID-19 xəstələrinin heç də hamısında mükəmməl anticisimlər yaranmır və ya yaranırsa da, onların səviyyəsi zaman keçdikcə aşağı düşə bilər və pasiyent ikinci dəfə koronavirusa yoluxa bilər. Hazırda bütün dünyada, o cümlədən, Azərbaycanda da bu təhlükəli virusa qarşı hələlik bir etibarlı vasitə - vaksinasiya həyata keçirilir.
Bir tərəfdən gigiyenik qaydalara ciddi riayət edilməsi – qızıl qaydalar: maska, tez-tez əlləri yumaq, məsafə gözləmək, kütləvi tədbirlərdən uzaq olmaq, digər tərəfdən isə vaksinasiya COVID-19 infeksiyasına qarşı mübarizəmizin əsasını təşkil edir. Yoluxmaların və dünyasını dəyişənlərin sayının gündən-günə artmasının, dördüncü dalğanın gəlməsinin qarşısını almaq üçün bu sadə qaydalara riayət edin və peyvənd olunun ki, özünüzü və əzizlərinizi bu dəhşətli bəladan qoruyasınız.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

