Qarın quruldamasının əsas SƏBƏBLƏRİ - Qastroenteroloqdan XƏBƏRDARLIQ
06.04.2021 11:57

Qarın quruldaması bir çox təhlükəli xəstəliklərin əlaməti ola bilər.

 

Aztibb.az Medikforum.ru-ya istinadən xəbər verir ki, bu barədə qastroenteroloq və hepatoloq Olga Arişeva  müsahibəsində danışıb.

 

O, qarın boşluğunda xarakterik səslərin yaranmasının ümumi səbəblərini qeyd edib.

 

Onun sözlərinə görə, bəzi qidaların qəbulu mədənin quruldamasına səbəb olan əsas amillərdən biridir.

 

"Aclıq, yavaş həzm sistemi və ya tam həzm edə bilməmə, yüksək miqdarda pəhriz lifli bəzi qidaların qəbulu da qarın boşluğunda xarakterik səslərin yaranmasına səbəb olur.

 

Lakin bu səslər mədədə gizli bir xəstəliyin olmasına da işarə edə bilər".

 

Arişeva izah edib ki, mədədə yaranan səslər ayrılıqda orqanizm üçün təhlükəli deyil.

 

"Lakin səslərlə yanaşı, digər simptomlar - məsələn, kilo itkisi və ya ağrı sindromu hiss olunarsa, həssas yanaşılmalı, hansı şəraitdən sonra ağrıların və səslərin yarandığına fikir verməli və mütləq həkimə müraciət edilməlidir". 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev