Böyrəklərinizin yaxşı işləmədiyini göstərən SİMPTOMLAR
06.04.2021 10:52

Böyrəklər orqanizmdən artıq kalsiumu, duzları, toksinləri çıxarır, mineral balansı tənzimləyir, sidik ifrazını təmin edir. Böyrəklərin işində pozulma olan zaman o, sizin əhəmiyyət vermədiyiniz, lakin gözlə görünən siqnallar verməyə başlayır.

 

Son zamanlar insanların həyat tərzi onların fəaliyyətini çox tez pozur.

 

Aztibb.az böyrəklərinizin işində problem olduğunu göstərən siqnalları təqdim edir:

 

1. Yata bilməmək, narahatlıq, yuxuda tənəffüsün pozulması;

2. Ümumi zəiflik, baş ağrıları, yorğunluq. Böyrəklər orqanizmdə D vitamininin saxlanılmasını təmin edir. Böyrəklər xəstə olduqda orqanizmdə kalsium yuyulub gedir. Bu zaman beynin və əzələlərin vəziyyəti pisləşir. İnsanda güc azalması, yorğunluq, zəiflik başlayır;

3. Quru, qabıqlı, qaşınan dəri. Böyrəklər bədəndən şlak, toksin və artıq mayeni qovur. Onlar düzgün işləmədikdə bunlar qanda qalır və sümük, dəri xəstəliklərinə, qaşınmaya səbəb olur;

4. Ağızdan xoşagəlməz qoxu. Qanda toksinlərin artması ağız dadını dəyişir, iştah küsür, insan heç nədən dad almır, ağızda bakteriyalar artır, pis qoxu gəlir;

5. Təngnəfəslik. Bədəndə qalan artıq maye ağciyərlər və ətrafına yığılır, oksigen aclığı yaradır. Bu da təngnəfəsliyə səbəb olur;

6. Kürəkdə, beldə ağrı. Kişilərdə hətta qasıq, ayaqlar arasında, budlardan aşağıda da ağrı olur. Tez-tez sidiyə getmə, qarında köp, yüksək hərarət müşahidə olunur;

7. Üz, gözün üstü, ayaqlarda şiş, ödem. Artıq maye bədəndən qovulmadığı üçün bu nahiyələrdə xüsəsən axşama doğru şişkinlik yaranır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev