Böyümüş limfa düyünü, yoxsa limfoma? - Həkim-hematoloq
05.04.2021 21:43
İnsan bədənində immun sistemdə rol oynayan limfa düyünü və limfa damarlardan ibarət sistem var. Normal halda limfa düyünləri təxminən 1-15 mm ölçüdə yuvarlaq, kapsullu toxumalardır. Limfa düyünləri yad maddələri tanıma xüsusiyyətinə malikdir. Vücuda daxil olmuş yad cisim və ya mikroorqanizm limfa damarları ilə limfa düyünlərinə gətirilir və qoruma mexanizmi fəaliyyətə başlayaraq mexaniki cavab verir, orqanizmi qoruma altına alır.
 
Aztibb.az xəbər verir ki, ATU-nun Tədris Terapevtik Klinikasının həkim-hematoloqu Şəhla Şabanova bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, vücudumuzda 600-ə yaxın limfa düyünü var. Əsasən boyun arxası, qulaq dibi, çənə altı, körpücük sümüyü üstü və altı, qasıq, bilək, diz ətrafında, eləcə də döş qəfəsi və qarın içi limfa düyünü yerləşməsi izlənilir. Limfa düyününün böyüməsinin səbəbləri müxtəlifdir. İnfeksion, sistemik xəstəlik, depo xəstəliyi, toksik maddə təsiri nəticəsində də limfadenopatiya görülə bilər. Bundan başqa, qan xəstəliklərinin bir qismini əhatə edən limfoma və leykoz xəstəliklərində də limfa düyünü böyüməsi müşahidə edilir. Təxminən 1-1.5 sm-dan böyük olan limfa düyünü təsadüf zamanı qulaq dibi, çənə altı, boyun və ya digər nahiyələrdə ələ toxunularaq izlənilir. Əlbəttə, heç də böyümüş limfa düyünlərinin hamısının səbəbi bədxassəli qan xəstəliyi ilə əlaqəli olmur. Burada limfa düyününün yerləşməsi, ölçüsü, quruluşu, konsistensiyası, sayı önəm kəsb edir.
 
Limfaadenopatiyalı insanlarda halsızlıq, subfebril hərarət (37-38 S), səbəbsiz arıqlama, gecə tərləmələri kimi şikayətlərin varlığı soruşulur. Anamnez, müxtəlif qan analizləri və radioloji müayinələr, lazım olan halda limfa düyünü biopsiyası icra edilir.
 
Limfa düyünü böyüməsi görülən hər kəsdə həkim müayinəsinin limfoma və ya leykoz kimi hematoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev