Vitamin tərkibli qidalar sümükləri möhkəmləndirir - SİYAHI
05.04.2021 21:09

Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoartrit (oynaqlara duz yığılması) kimi problemlərlə tez-tez rastlaşırlar. Sümüklərin sağlam qalması üçün ediləcək ilk şey düzgün qidalanmaqdır. Mütəxəssislər möhkəm sümüklərə sahib olmaq üçün günəş şüasından istifadəni və əsasən vitamin tərkibli qidaların qəbulunu tövsiyyə edirlər.

 

Sümüklər üçün faydalı olan vitaminli qidalar:

 

1. Kalsium
 

Sümüklərin möhkəmliyi üçün günəş enerjisi qədər kalsium da vacibdir. Əsasən süd məhsulları, fıstıq, qoz, badam, kələm, brokoli, yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etməklə sümüklərin kalsiuma olan ehtiyacını ödəmək olar.

 

2. D vitamini


D vitamininin ən vacib funksiyalarından biri sümük sağlamlığını qorumaqdır. Bu, həzm sistemində kalsiumun udulmasında, həm də sümük əmələ gəlməsində iştirak edən hüceyrələrə stimullaşdırıcı təsir göstərir. D vitamininə ən çox balıq, yumurta, kartof, süd və göbələk kimi qidalarda rast gəlinir.

 

3. C vitamini


Sümük daşlarının quruluşuna təsir edən kollagen (insan bədənində olan amin turşularından ibarət bir proteindir) istehsalını artıran C vitamini də əhəmiyyətli rola malikdir. Sitrus meyvələri, kivi, çiyələk, yaşıl bibər, pomidor, gül kələm və bibər kimi qidalar C vitaminli tərkibə malikdirlər.

 

4. B12 vitamini


Sümüyün keyfiyyəti və inkişafı üçün çox vacib olan B12 vitamini çatışmadıqda, sümük rezorbsiyası (hərəkətsizlik) inkişaf edir. B12 həm bədənin, həm də sümüklərin qələvi balansının təmin olunmasında mühüm rol oynayan kalium, kalsiumun bədəndə uzun müddət qalmasında rol oynayır. Dəniz məhsulları, kartof və bananın tərkibində çox miqdarda kalium var.

5. A vitamini


A vitamininin də sümük inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyi aşkar edilib. Omega-3 və 6, balıq, qoz və yaşıl yarpaqlı tərəvəzlərdə daha çoxdur və kalsiumun udulmasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev