Çuğundur şirəsi qan damarları və beyin üçün faydalıdır - TƏDQİQAT
05.04.2021 13:35

70-80 yaş arası insanlar üzərində aparılan yeni tədqiqata əsasən, çuğundur şirəsinin istifadəsi daha sağlam qan damarlarına malik olmağa və beyinin yaxşı fəaliyyətinə səbəb olan müəyyən bakteriyaların ağız boşluğunda artmasına imkan yaradır.

 

Belə ki, çuğundur, eləcə də xiyar, ispanaq, kərəviz də daxil olmaqla digər məhsullar qeyri-üzvi nitratlarla zəngindir. Ağız boşluğunun bir çox bakteriyaları isə nitratların azot oksidinə çevrilməsində mühüm rol oynayır. Bu birləşmə damarların vəziyyətini və beynin neyronları arasında məlumatların ötürülməsini nizama salmağa kömək edir. Yaşlı insanlarda, bir qayda olaraq, azot oksidinin əmələ gəlməsi aşağı düşür ki, bu da damarların vəziyyətinin və koqnitiv funksiyaların pisləşməsi ilə əlaqəlidir.


Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, Eksetera Universitetinin iyirmi günü əhatə edən yeni tədqiqatında sağlam yaşlı 26 insan gündə iki dəfə çuğundur şirəsi və ya plasebo qəbul ediblər. Məlum olub ki, Prevotella-Veillonella və Clostridium difficile bakteriyalarının daha aşağı səviyyəsi kimi ayrı-ayrı bakteriyaların daha yüksək səviyyələri də damarların yaxşı vəziyətdə olması və koqnitiv statusla bağlıdır.


Alimlər qeyd ediblər ki, şirənin köməyilə mikroflorada dəyişikliyin baş verməsi üçün 10 gün lazım olub. Şirənin istifadəsi nəticəsində sistolik arterial təzyiq orta hesabla 5 millimetr civə sütununda düşüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev