ATU-da tələbələrin “MoreThanDoc” klubu fəaliyyətə başlayıb
05.04.2021 11:21
Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin nəzdində tələbələrin “MoreThanDoc” klubu fəaliyyətə başlayıb.
 
Bu barədə Aztibb.az-a universitetdən məlumat verilib.
 
Bildirilib ki, “MoreThanDoc” klubunun əsas fəaliyyət istiqamətləri başda tibb tələbələri olmaqla, bütün tibb sahəsində çalışanlar üçün maarifləndirmə və şəbəkələşmə işlərini həyata keçirməkdir. Bu istiqamətdə klub üzvləri davamlı olaraq sosial mediada təqdimatlarla çıxışlar edir, həmçinin müxtəlif tibbi mövzularda yerli və əcnəbi mütəxəssislərin vebinarlarını təşkil edirlər.
 
Klubun İdarə Heyətinin sədri ATU-nun I Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Bekir Enes Evdidir.
 
Qısa zaman ərzində yaranmasına baxmayaraq, klubun artıq 4 mindən çox üzvü var. Üzvlər əsasən ATU-nun və Türkiyənin müxtəlif universitetlərinin tibb tələbələridir.
 
Klub haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiz.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib