Quba Regional Perinatal Mərkəzində yenidoğulmuşlar arasında ölüm göstəricisi aşağı düşüb
05.04.2021 10:03
İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra Quba Regional Perinatal Mərkəzində yenidoğulmuşlar arasında ölüm göstəricisi aşağı düşüb.
 
Mərkəzin direktoru Şəhla Həsənovanın verdiyi məlumata görə, 2021-ci ilin ilk rübündə ümumilikdə 406 uşaq diri doğulub. 68 yenidoğulmuşun vəziyyəti ağır olub. Onlardan yalnız ikisinin həyatını xilas etmək mümkün olmayıb. Bununla, erkən neonatal ölüm göstəricisi 8,9%-dən 4,9%-ə düşüb. Həmçinin ətraf rayonlardan köçürülən 15 ağır vəziyyətdə doğulan uşaq sağaldılıb.
 
Qeyd edək ki, Quba Regional Perinatal Mərkəzi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ağır vəziyyətdə olan yenidoğulmuşların təxliyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım maşını ilə təchiz olunub. Bu maşınla indiyədək üç yenidoğulmuş cərrahi patologiyalarla Elmi Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır