Xaricdə olan vətəndaşların gətirilməsində problem yoxdur - RƏSMİ  
15.08.2020 12:37

“Xaricdə olan vətəndaşların gətirilməsi ilə bağlı hər hansı bir problemimiz qalmır”.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, yaxın günlərdə Qazaxıstandan və digər ölkələrdən olan vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək:

 

“Onu da qeyd edim ki, müəyyən qrafik əsasında Azərbaycanda olan Rusiya vətəndaşlarının Rusiyaya quru yolla keçidi təmin olunur. Eyni zamanda, gələn həftə ərzində də bu meyarlara Rusiyadan vətəndaşlarımızın ölkəmizə keçidi həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyac olmadığı təqdirdə xarici səfərlər etməsinlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub