Qaraciyəri təmizləyən qanqal bitkisinin FAYDALARI
04.04.2021 13:34

Min illər bundan əvvəlki tarixə aidi Qədim Romanın tibbi elmi əsərlərində qanqal və ya eşşək qanqalı bitkisinin adına rast gəlinirdi. Bitki qaraciyər xəstəliklərində geniş istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qaraciyər xəstəlikləri zamanı istifadə edirdilər.

 

XX əsrdə qanqalın qaraciyərə olan xeyirli təsiri Münhen Farmasevtik İnstitutunda təsdiq olunub. Qanqal dünya farmasevtik sənayesində qaraciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edilir. Belə dərmanlar qaraciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

 

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır.

 

Eşşək qanqalının faydaları

 

- Miqreni və digər baş ağrılarını müalicə edir;
- Qaraciyər yağlanması olanlar həftədə ən azı iki dəfə istifadə etməlidir;
- Diabet, ürək tutması, mədə və sinə ağrısı, ishal və bronxitə qarşı ən əlverişli bitkidir;
- Böyrəklərin fəaliyyətini təmin edir. Sidik probleminin qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev