54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb
03.04.2021 15:43

““YAŞAT" Fondunun qazilərin xaricdə, ölkədəki klinikalarda müalicəsini xüsusi qeyd etmək istəyirəm. YAŞAT Fondu Türkiyədən həkimlər dəvət edir”. 

 

Bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib. 

 

O deyib ki, Türkiyədən gələn həkimlərin köməyi ilə "YAŞAT" Fondu qazilərin birinci, ikinci növbədə xaricə müalicəyə göndərilməli olduğunu müəyyənləşdirib: “54 nəfər Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, müalicəsi təmin olunacaq”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır