Baku Bus sürücüləri üçün "İlkin Tibbi Yardım" təlimi keçirilir
03.04.2021 09:13
Baku Bus Referans Medical Group və Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı əsasında Baku Bus sürücüləri üçün mütəmadi olaraq İlkin Tibbi Yardım (Basic First Aid) təlimləri təşkil olunur.
 
Təlimlər "Test&Training Azerbaijan" və Referans Medical Gorup-un Təlim Mərkəzi tərəfindən aparılır. Baku Bus–da sürücü vakansiyası üzrə qəbul edilən hər bir yeni əməkdaş reysə çıxmadan öncə mütləq təlimlərdə iştirak edir, yalnız təlimdə iştirak etmiş və lazımi biliklərə yiyələnmiş sürücülər reysə buraxılır. İlkin Tibbi Yardım Təlimi Referans Medical Group-un Təlim Mərkəzinin təlimçisi və həkim-kardioloqu Fəxriyyə Rüstəmova tərəfindən aparılır.
 
Təlimin məqsədi həyati təhlükəni ortadan qaldırmaq, Təcili Tibbi Yardım briqadasına qədər həyati funksiyaların davam etdirilməsinə dəstək olmaq, xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, həkim briqadası gələnə qədər hadisə yerində sərnişinə (xəsarət almış və ya özünü pis hiss edən) ilk tibbi yardımın göstərilməsi bacarıqlarını öyrətməkdir.
 
Gün ərzində yüz minlərlə sərnişinin xidmətindən istifadə etdiyi avtobuslarda ilk yardımın düzgün göstərilmə qaydalarına diqqət yetirmək çox vacibdir. İstənilən halda və zamanda sürücü tərəfindən göstərilmiş ilkin yardım sərnişinin sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb edir.
 
Eyni zamanda Baku Bus tərəfindən sərnişinlərin təhlükəsiz səyahətini təmin etmək məqsədilə gündəlik olaraq reys öncəsi bütün sürücülərin ilkin tibbi müayinələri də Referans Medical Gorup-un həkimləri tərəfindən aparılır. Yalnız müayinələrdən keçmiş və müayinə nəticələri uyğun olan sürücülər reysə buraxılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev